Borderline Şəxsiyyət Pozuntusu Nədir?
Borderline Şəxsiyyət Pozuntusu (BPD) şəxsin qarşılıqlı əlaqələrində, özünü qavrayışında, emosiyalarında və davranışlarında geniş yayılmış sabitliksizlik və impulsivliklə xarakterizə olunan bir psixi sağlamlıq vəziyyətidir. Bu simptomlar adətən erkən yetkinlikdə başlayır və müxtəlif mühitlərdə müşahidə edilir.
Diaqnostik Kriteriyalar
BPD diaqnozu qoyulması üçün aşağıdakı simptomlardan ən az beşi mövcud olmalıdır:
- Real və ya qeyri-real tərk edilmə vəziyyətlərindən qorxmaq və buna qarşı qoymaq,
- Qarşılıqlı əlaqələrdə sabit və intensiv dəyişikliklər, idealizasiya və devalvasiyanın arasında kəskin dəyişim,
- Sabit olmayan öz qavrayış,
- İki və ya daha çox sahədə impulsivlik (məsələn, bədxərclik, maddə asılılığı, təhlükəli nəqliyyət vasitə istifadəsi, tıxanarcasına yemək yemə),
- Təkrarlanan intihar və ya özünə zərər vermə davranışları,
- Hisslərin sabit olmaması, qısa və ya kəskin şiddətli ruh halı dəyişiklikləri, saatlarca və ya günlərlə davam edən dövrlər,
- Xroniki boşluq hissi,
- İntensiv qəzəb və ya qəzəbi idarə etməkdə çətinlik,
- Stressə bağlı müvəqqəti paranoya və ya dissosiasiya simptomları.
Əsas Xüsusiyyətlər
- Tərk Edilmə Qorxusu: Fərd tərk ediliyini hiss etdikdə (görünən olmasa belə) çox güclü təşviş və qorxu keçirir. Bu, hətta qısa müddətli ayrılıq və ya rədd edilmə hallarında belə emosional partlayışlara səbəb ola bilər.
- Sabit olmayan Münasibətlər: Münasibətlər idealizasiya (digər insanı mükəmməl görmək) və devalvasiya (qüsurlu görmək) arasında dəyişir. Borderline olan fərd başqalarını ilk və ya ikinci görüşdə idealizə edir və dərhal çox yaxın münasibətlər qurmağı tələb edir, lakin sonra sürətlə digər şəxsin onu kifayət qədər sevməmədiyi və ya göstərdiyi qayğının yetərli olmadığını düşünüb onları devalvasiya edir.
- Öz Kimliyi Dəyişməsi: Fərddə şəxsiyyətin və ya öz qavrayışın çox sürətli və davamlı dəyişməsi müşahidə olunur. Məsələn, birdən-birə kömək etməyə əhəmiyyət verən insan olarkən keçmişdəki haqsızlıqlar üçün intiqam axtaran və kömək etməyi rədd edən birinə çevrilə bilər. Bu qeyri-sabit öz kimliyi fərdin öz davranışlarının zərərli olduğunu qəbul etməsini çətinləşdirə bilər və bu, təkrarlanan problemli münasibətlərə səbəb ola bilər.
- İmpulsivlik: Təhlükəli və özünə zərər verə biləcək davranışlar görünən haldır, məsələn, bədxərclilik, maddə asılılığı, təhlükəli maşın sürmə və ya qorunmasız cinsi əlaqə.
- Özünə Zərər Verici Davranışlar: Təkrarlanan intihar düşüncələri və davranışları, özünə zərər vermə xüsusilə rədd edilmə və ya tərk edilmə hissi olduqda baş verir.
- Ruh Hali Sabitsizliyi: BPD olan fərd həddindən çox emosional dəyişikliklər yaşaya bilər, adətən bu dəyişikliklər qarşılıqlı əlaqələrdən yaranır. Bu dəyişikliklərdə qəzəb, panika və ya ümidsizlik hissi müşahidə olunur.
- Xroniki Boşluq Hissi: Fərd uzun müddət yalnızlıq və təşviş hissi keçirir və bu hisslərlə mübarizə aparmaq üçün əyləncə və ya stimul axtarır.
- Aqressiya Problemləri: BPD olan fərd çox intensiv və uyğun olmayan qəzəbi ifadə edir, xüsusən onlara qayğı göstərməyən və ya diqqətsiz olan insanlara qarşı bu daha şiddətli olur. Bu qəzəb adətən utanc və günahkarlıq hissi ilə nəticələnir.
- Paranoya və Dissosiasiya: İntensiv stress anlarında şəxs müvəqqəti paranoya və ya dissosiasiya simptomları yaşaya bilər. Bu simptomlar qısa müddətli olur və adətən tərk edilmə və ya rədd edilmə hissi ilə əlaqələndirilir.
Borderline Şəxsiyyət Pozuntusunun fərdin həyatına təsiri düzgün qiymətləndirilməlidir. BPD fərdin öz emosiyalarını tənzimləmək qabiliyyətinə ciddi şəkildə təsir edən psixi xəstəlikdir və ən ağrı verici pozuntulardan biri hesab olunur.
BPD-in yayılma tezliyi dəyişir. Klinik mühitlərdə BPD daha yaygındır: əsas səhiyyə xidmətlərində 6%, ambulator psixiatrik klinikalarda 10% və psixiatrik xəstəxanalarda isə təxminən 20%-dir.
Borderline şəxsiyyət Pozuntusu əvvəllər yalnız yetkinlik dövrünə aid bir xəstəlik olaraq qəbul edilirdi, lakin tədqiqatlar göstərir ki, 12 və ya 13 yaşlı gənclərdə belə bu pozuntunun tam meyarlarına cavab verən simptomlar mövcud ola bilər. Hələ də, yetkinlikdə ilk dəfə müalicəyə gələn insanların neçə faizinin erkən başlanğıc BPD-ə malik olduğu məlum deyil.
Yaranma Səbəbi
Borderline Şəxsiyyət Pozuntusunun yaranma səbəbləri tam olaraq məlum deyil, lakin tədqiqatlar göstərir ki, genetik, ətraf mühit və sosial amillər bu pozuntunun inkişaf riski ilə əlaqəli ola bilər. Bu amillərə aşağıdakılar daxildir:
- Ailə tarixçəsi: Bu vəziyyətdən əziyyət çəkən yaxın bir ailə üzvü (məsələn, valideyn və ya qardaş) olan fərdlərdə Borderline Şəxsiyyət Pozuntusunun inkişaf etmək riski daha yüksəkdir. BPD bu pozuntusu olan fərdlərin birinci dərəcəli yaxınlarının ümumi əhalidən beş dəfə daha çox yayılıb.
- Beyin strukturu və funksiyası: Araşdırmalar göstərir ki, BPD olan fərdin beynində, xüsusən impulsların və emosiyaların tənzimlənməsini idarə edən sahələrdə struktural və funksional dəyişikliklər ola bilir. Lakin bu dəyişikliklərin xəstəliyə səbəb olub-olmaması və ya pozuntunun irəli gəlib-gəlmədiyi hələ dəqiq məlum deyil.
- Ətraf mühit, mədəniyyət və sosial faktorlar: Borderline Şəxsiyyət Pozuntusu olan bir çox insan uşaqlıq dövründə travmatik hadisələr, məsələn, zorakılıq, tərk edilmə və ya çətinliklər yaşadıqlarını bildirir. Bəzi insanlar isə qeyri-sabit və etibarsız münasibətlər və ya münaqişələrlə üzləşib.
- Cinsi zorakılıq və uşaqlıq travmaları: Borderline Şəxsiyyət Pozuntusu həm də uşaqlıqda yaşanan müxtəlif zorakılıq formaları və emosional laqeydliklə əlaqələndirilir. Lakin, Borderline Şəxsiyyət Pozuntusu olan ambulator xəstələrdə cinsi zorakılıq hadisələrinin nisbətinin daxili xəstələrə nisbətən daha yüksək olduğu görülür. Bu, cinsi zorakılıq tarixçəsinin, borderline psixopatologiyanın şiddətinə təsir etdiyi qədər pozuntunun özü üçün də bir risk faktoru olduğunu göstərir. Lakin, qeyd etmək vacibdir ki, uşaqlıq dövründə baş vermiş cinsi zorakılıq tarixçəsi Borderline Şəxsiyyət Pozuntusunun inkişafı və diaqnostikası üçün nə zəruri, nə də kifayət edən bir amildir.
BPD ilə Qarışdırılan Digər Diaqnozlar
- Depressiya və Bipolyar Pozuntular – BPD və bu pozuntular eyni vaxtda mövcud ola bilər, lakin uzunmüddətli davranış nümunələri yoxlanılmalıdır.
- Ayrılıq Təşvişi Pozuntusu – Tərk edilmə qorxusu hər iki pozuntuda mövcuddur, lakin BPD-də kimlik və münasibətlər problemləri də var.
- Histrionik Şəxsiyyət Pozuntusu – Diqqət çəkmək, manipulyasiya və intensiv dəyişən emosiyalar hər iki pozuntuda mövcuddur, lakin BPD-də özünü zərər vermə və dərin boşluq hissi var.
- Narsistik Şəxsiyyət Pozuntusu – Qəzəb reaksiyaları üst-üstə düşə bilər, lakin BPD fiziki özünü zərər vermə və tərk edilmə qorxusu ilə özünü fərqləndirir.
- Paranoid Şəxsiyyət Pozuntusu – Paranoid fikirlər mövcud ola bilər, amma BPD-də bu hallar daha qısa müddətlidir və reaktivdir.
- Antisosial Şəxsiyyət Pozuntusu – Manipulyasiya hər iki pozuntuda özünü göstərər bilər, lakin BPD-də məqsəd başqalarından qayğı görməkdir.
- Dependent Şəxsiyyət Pozuntusu – Tərk edilmə qorxusu hər iki pozuntuda mövcuddur, lakin BPD-də bu, emosional boşluq, qəzəb və tələblərlə müşayiət olunur.
- Tibbi Vəziyyətdən Əlaqəli Şəxsiyyət Dəyişikliyi – BPD tibbi vəziyyətlərdən qaynaqlanan şəxsiyyət dəyişikliklərindən ayırılmalıdır.
- Maddə İstifadəsi Pozuntuları – BPD maddə istifadəsi ilə əlaqəli simptomlardan fərqlənir.
Müalicə
Borderline Şəxsiyyət Pozuntusunun müalicəsi bir neçə yanaşmanı əhatə edir. Ən təsirli müalicə metodlarından biri Dialektik Davranış Terapiyası (DBT)-dır, bu terapiya emosional tənzimləmə, impulsivlik kontrolu və münasibətlərdəki problemləri həll etməyə yönəlir. Koqnitiv davranış terapiyası (CBT) da təsirli hesab edilir, insanın düşüncə və davranışlarını dəyişdirərək daha uyğun reaksiyalar göstərməsinə kömək edir. Farmakoterapiya isə depresiya, təşviş və digər müşayiət edən əlamətləri idarə etmək üçün istifadə edilə bilər. Müalicə fərdi vəziyyətə uyğun olaraq tərtib edilir və uzunmüddətli dəstək və terapiya tələb edə bilər.
Leave a Reply