
İslami Dəyərlərə Həssas Psixoterapiya: Azərbaycan Kontekstində Mədəni Yanaşma
📅 Müddət: 5 saat- 11:00-13:30 6 və 7 sentyabr 2025 – Onlayn
💳 İştirak haqqı: 60 AZN
Azərbaycan psixoloji sahəsində bir çox psixoloq iki uçurum arasında qalır:
Bəziləri əsasını yalnız dini və mədəni inanclara söykənən, lakin elmi sübutlara əsaslanmayan yanaşmalara üstünlük verir. Digərləri isə yalnız sübutlara əsaslanan terapiya metodlarına yönəlir və dini inancları olan insanlarla işləməkdə çətinlik çəkir və ya dini ümumiyyətlə fərd istəsə belə seanslarda istifadə etmir.
Bu da belə sualları doğurur:
- Dini inancları olan fərdlərlə necə peşəkar və etik şəkildə işləmək olar?
- Dini mövzuları terapiyada necə istifadə etmək olar ki, həm effektiv, həm də etik olsun?
- İnanc və sübuta əsaslanan terapiya bir yerdə mövcud ola bilərmi?
Bu 5 saatlıq vebinar bu suallara cavab axtaran psixoloqlar üçündür.
Bizim məqsədimiz nə hər hansı bir inancı önə çəkmək, nə də elmi yanaşmanı ikinci plana keçirməkdir. Əksinə, məqsədimiz fərdin ağrısını və əziyyətini ən etik, elmi və mədəni cəhətdən uyğun şəkildə azaltmaq üçün sizə alətlər təqdim etməkdir, xüsusilə də inanc fərdin həyatında əsas yer tutursa.
Əgər siz:
- dini mövzulara toxunmaqdan çəkinirsinizsə və ya
- dini inancı olan insanlarla necə işləməli olduğunuzu bilmirsinizsə,
bu təlim sizin üçündür.
İslama Əsaslanan Psixoterapiyanın Təməl Prinsipləri
(1 saat 30 dəqiqə)
- Elmi əsaslı terapiya və din
- İslamda insan anlayışı: nəfs, qəlb, ruh, fitrət
- Psixoloji baxımdan səbir, təvəkkül, şükranlıq anlayışları
- Qurani-Kərim və Hədislərdə emosiyalar
- Ağrı və şəfanın İslami baxışla anlaşılması
Psixoedukasiya və Ailə ilə İş
(1 saat )
- Mədəni baxımdan uyğunlaşdırılmış psixoedukasiya dili
- Ailələri xəstəlik haqqında məlumatlandırmaq
- Psixi sağlamlığın İslami çərçivədə təqdimatı (məsələn: ruhun təmizlənməsi, İlahi sınaqlar)
- Kollektiv və dini cəmiyyətlərdə ailənin rolu
5. Etika, Sərhədlər və Dini Liderlərlə İşbirliyi
(1 saat )
- Klinik və dini yanaşmaların inteqrasiyasında etik dilemmlar
- İmanı sarsıtmadan terapevtik sərhədlərin qorunması
- İmam və dini liderlərlə nə zaman və necə əməkdaşlıq etməli?
- Spirituallığın terapiyaya yanlış tətbiqindən qaçınmaq
- Rol oyunu və ya real etik situasiyaların müzakirəsi
Müsəlman Fərdlərdə Depressiya
(45 dəqiqə)
- Depressiya nədir? DSM-5 kriteriyaları + mədəni/dini interpretasiya
- Yayğın inanclar: “iman zəifliyi”, cəza və ya sınaq kimi görmək
- Uyğun dini nümunələr: Peyğəmbər Yaqub (ə.s), Məryəm (ə.s), Məhəmməd Peyğəmbər (s.ə.s)
- Klinik hal nümunəsi: Dini ibadətlərini yerinə yetirən, lakin günahkarlıq və hissizliyə düçar olmuş fərd
- CBT və İslami yanaşmaların inteqrasiyası ilə müalicə planı
Klinik Hal: Dini OKB / Vəsvəsə
(45 dəqiqə)
- Vəsvəsə nədir?
- Dini sadiqlik ilə patologiya arasındakı fərqin müəyyən olunması
- CBT-də ERP metodunun dini həssaslıqla uyğunlaşdırılması
- Müzakirə: Hörmətli və effektiv müdaxilə necə olmalıdır?
✅ Əlavə Materiallar təqdim olunur.
✅ 15 Yerlə məhduddur.
✅ Sertifikat verilir.
Registrasiya Haqqında
Qeydiyyat Link – https://calendly.com/sabinanazarova-psych/individual-therapy-pre-payment-needed-clone
Linkə keçid edib 6 və 7 Senytabr üçün qeydiyyatdan keçin.
https://calendly.com/sabinanazarova-psych/webinar
Zəhmət olmasa iştirak haqqını həmin gün ərzində aşağıdakı karta göndərin (60 azn) və qəbzin şəklini Instagram hesabıma və ya email vasitəsilə göndərin:
📩 Email: sabinanazarova.psych@gmail.com
Qəbz ilə birlikdə aşağıdakı məlumatları da əlavə edin:
- Ad, soyad
- Peşəniz və ya təhsil sahəniz
- E-mail ünvanınız
- WhatsApp nömrəniz
- 10 gün qalmışa qədər ləğv olunduqda tam geri ödəniş edilir
- 10 gündən 1 həftə qalmışa qədər ləğv olunduqda yarı ödəniş geri qaytarılır
- Son 7 gün ərzində ləğv olunduqda ödəniş geri qaytarılmır