Bakı, Azərbaycanda LGBTQ+ Affirmativ Psixoterapevt
Sabina Nazarova, Klinik Seksoloq

Ofisimdə və praktikamda heç vaxt özünüzü gizləməyə gərək olmayacaq.
Gender, orientasiya və münasibət müxtəlifliyinin incəliklərini həqiqətən başa düşən psixoterapevt tapmaq fərdin fundamental hüququdur. Praktikam kim olduğunuzun və kimi sevdiyinizin "həll edilməli problemlər" deyil, insan təcrübənizin qeyd edilməli vacib hissələri olduğuna inam üzərində qurulub.
Mən sübutlara əsaslanan psixoloji praktikaya inanıram. Koqnitiv Davranış Terapiyası (KDT) və Dialektik Davranış Terapiyası (DDT) sahəsindəki təcrübəm bizə aydın məqsədlər, strukturlaşdırılmış müalicə planları və diaqnostik aydınlıqla işləməyə imkan verir. Bu, işimizin elmə əsaslandığını və ölçülə bilən irəliləyişlərə yönəlməyini təmin edir.
Manual Hər Şey Deyil: Hər Kimliyə Affirmasiya Verə Bilmək
Psixoterapiyanın olduqca fərdi bir proses olduğuna inanıram. Klinik çərçivələrə dəyər versəm də, standart təlimatların minority qrupların unikal həyat təcrübələrini tam əks etdirə bilmədiyini qəbul edirəm. Sağalma və özünü kəşf etmə təcrübəsində təcrübə ilə şəxsiyyətinizi həqiqətən "anlayan" terapevt arasında seçim etmək məcburiyyətində qalmamalısınız. Mənim yanaşmam bu boşluğu doldurur. Sübutlara əsaslanan protokolları həyatınızın yaşanmış reallığına uyğunlaşdırıram ki, kimliyiniz klinik prosesdə heç vaxt itirilməsin.
- LGBTQ+ Affirmativ Praktika: Başa düşürəm ki, queer icması üçün mental sağlamlıq ictimai kontekstlə dərindən bağlıdır. Minority stressinin, kimlik problemlərinin və sistematik amillərin rifahınıza necə təsir etdiyini anlamaq üçün simptomlardan kənara baxıram.
- İlk fərd, sonra diaqnoz: Bir çox LGBTQ+ fərd narahatlıqlarının dərhal etiketlənəcəyindən və rədd ediləcəyindən narahatdır. Praktikamda narahatlığınızı anlamaq üçün başlanğıc nöqtəsi olaraq diaqnostik vasitələrdən (əgər varsa) istifadə edirəm, amma sessiyalarımızda şəxsi hekayəniz, mədəni mənşəyiniz və fərdi kimliyiniz üstünlük təşkil edir.
- Əsnək və Fərdi Seanslar: DBT və KDT texnikalarını mədəni cəhətdən uyğunlaşdırmaqla, inkişaf etdirdiyimiz bacarıqların həyatınıza və Azərbaycanda və ondan kənarda qarşılaşdığınız unikal çətinliklərə tətbiq olunmasını təmin edirəm.
Təhsil və Peşəkar İxtisasaşma:
Praktikam beynəlxalq praktika standartları üzərində qurulub və sizə həm etik, həm də effektiv ixtisaslaşmış dəstək almağınızı təmin edir:
- Klinik Seksologiya: IOSS Diploma Level Təhsil: AASECT (Amerika Seksologiya Təhsil Ekspertləri, Məsləhətçiləri və Terapevtləri Assosiasiyası) akkreditasiya saatlarını əhatə edir, ESSM (Avropa Seksoloji Tibb Cəmiyyəti) tərəfindən təsdiqlənib.
- Koqnitiv Davranış Terapiyası: Seks KDT EABCT (Avropa Davranış və Koqnitiv Terapiyalar Assosiasiyası) tərəfindən akkreditasiya olunub.
- Müxtəliflik və İnklüzivlik: Pink Terapiya tərəfindən gender, seksuallıq və münasibət müxtəlifliyi üzrə təlim.
- Davamlı Superviziya: The Contained Clinician və və IOSS (Beynəlxalq Onlayn Seksologiya Supervizorları) ilə praktikamın sahədə ön sıralarda qalmasını təmin etmək üçün aktiv psixoseksual superviziya saatlarımı davam etdirirəm
Bakıda və Azərbaycanda Təhlükəsiz Məkan
İstər kimlik, istər seksual sağlamlıq, istərsə də azlıq stressi ilə bağlı məsələlərdə seanslara başlama səbəbindən asılı olmayaraq, ofisim və praktikam təhlükəsiz limandır. Bunu təmin etməyə sadiqəm. LGBTQ+ affirmative care that recognizes your worth and supports your right to live authentically.

Bir cavab yazın