Passiv Intihar Nədir?Səbəbləri və Müalicəsi

İntihar çox vaxt qəsdən öz ölümünə səbəb olan hərəkət kimi müəyyən edilir. Bu tərif aydın görünsə də, intihar düşüncəsi və ya intihar haqqında düşünmə intensivliyi və forması ilə dəyişir. İki növ intihar düşüncəsi mövcuddur: Passiv və Aktiv

Aktiv İntahar

Aktiv İntihar düşüncəsi və ya davranışı yalnız ölüm haqqında düşünmək deyil, həm də fərdin həyatına son qoymaq niyyəti və çox vaxt bir plana sahib olması mənasına gəlir. Bu plana intihar etmək üçün xüsusi üsullar düşünmək və ya hazırlamaq daxildir. Aktiv İntihar adətən daha yüksək riski və təcili müdaxilə ehtiyacını əks etdirir.

Passiv İntahar

Passiv İntihar düşüncəsi isə bir aktiv plan olmadan ölüm və yaşamaq istəməmək barədə düşüncələr və ya hisslərdir.

Passiv İntahar Düşüncə nümunələri bunlardır:

  • “Daha yaşamaq istəmirəm. Çox çətindir.”
  • “Kaş heç doğulmasaydım.”
  • “Kaş maşının altında qalsam.”
  • “Mən olmasam, ailəm daha yaxşı vəziyyətdə olardı.”
  • “Kaş yatım, durmayım.”
  • “Ölsəm, heç nə dəyişməz.”
  • “Kaş ki, gözlərimi yumub heç vaxt oyanmayaydım.”
  • “Mənə bir şey olsaydı, bəlkə hamı daha yaxşı olardı.”
  • “Kaş ki, yoxa çıxa biləydim.”

Passiv İntahar Risk Faktorları Bunlardır:

  • Mental Sağlamlıq Faktorlar: pozuntu, ümidsizlik, travma\istismar, yüksək öz tənqid
  • Bioloji Faktorlar: xroniki ağrı, intahar və psixi sağlamlıq ailə tarixçəsi, kimyəvi disbalans
  • Sosyal Faktorlar: bullinq, sosyal izolasiya, münasibət problemləri

Passiv intihar düşüncəsi müxtəlif psixi sağlamlıq amillərindən, eləcə də xroniki stress, travma, ümidsizlik hissləri, həll olunmamış kədər, sosial təcrid və ya həyatda məqsədsizlik və doyumsuzluqdan qaynaqlana bilər:

  • Təşviş Pozuntuları
  • Post-Travmatik Stress Pozuntusu
  • Borderline Şəxsiyyət Pozuntusu
  • Bipolar Pozuntu
  • Şizofreniya və Digər Psixotik Pozuntular
  • Depressiv Pozuntular və s.

Müalicə

Passiv intihar düşüncəsinin effektiv müalicəsi əsas səbəblərin aradan qaldırılmasına, psixi sağlamlığın yaxşılaşdırılmasına və mübarizə mexanizmlərinin qurulmasına yönəlib. Bu yanaşma adətən terapiya, dərman və həyat tərzi dəyişikliklərinin birləşməsini əhatə edir.

Passiv intihar düşüncəsinə diqqət yetirmək çox vacibdir, çünki bu, dərhal intihar riskini mütləq göstərməsə də, yaşamağa dərin maraqsızlıq hissini əks etdirir. Bu düşüncələrə məhəl qoymamaq və ya normallaşdırmaq davamlı simptomlara və müalicə olunmamış əsas səbəbin də pisləşməsinə gətirib çıxara bilər ki, bu da sağalmanı daha da çətinləşdirir.

Bundan əlavə, passiv intihar düşüncəsi olan fərdlərin kömək istəmək ehtimalı daha aşağıdır, bu da vəziyyətin pisləşmə riskini artırır. Erkən fərqindəlik və müdaxilə müalicə prosesini əhəmiyyətli dərəcədə qısalda bilər və nəticələri yaxşılaşdıra bilər.


Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
azAzerbaijani