Onlayn Terapiya

Əgər siz tez-tez iş üçün səyahət edirsinizsə, xaricdə yaşayırsınızsa və ya sadəcə olaraq evinizin rahatlığında seanslar keçirməyə üstünlük verirsinizsə, bu seçim faydalı ola bilər.

Onlayn terapiyalar üzbəüz terapiyalar kimi konfidensialdır və effektivdir.

Seanslar Google Meet və ya doxy.me platformaları üzərindən həyata keçirilir, hər ikisi qarşılıqlı əlaqəmiz üçün təhlükəsiz platformalar təmin edir. İştirak etmək üçün sizə internet bağlantısı olan kompüter, kamera, mikrofon lazımdır. Əlverişli mühiti təmin etmək üçün lütfən, özünüzü təhlükəsiz hiss etdiyiniz sakit və diqqətinizi yayındırmayan bir yerdə iştirak edin.

Bununla belə onlayn terapiya bütün fərdlər və ya vəziyyətlərə müdaxilə üçün uyğun deyil.

Fövqəladə hallarda və ya fərdin rifahı üçün əsl təhlükə yaradan situasiyalarda onlayn ünsiyyət qeyri-adekvat müalicə forması kimi qəbul edilir.

Aşağıda onlayn terapiyanın tövsiyə olunmadığı halları təsvir edirəm:

1. Fərdin özünə zərər vermək və ya aktiv intihar etmək düşüncələri olduqda.

2. Fərdin başqalarına zərər vermək düşüncələri olduqda.

3. Fərd həyati təhlükəsi olan və ya fövqəladə vəziyyətlə üzləşdikdə.

4. Fərdin yaxın zamanda intihar və istismar tarixçəsi olduqda.

5. Fərd qeyri-real inanclara (delusiyalar) sahib olduqda.

6. Fərd hallusunasiyalar yaşadıqda.

7. Fərd alkoqol və ya narkotikdən aktiv şəkildə sui-istifadə etdikdə.

Belə fövqəladə hallarda fərdin üz-üzə terapiya alması vacibdir.

error: Content is protected !!
azAzerbaijani