Yüksək keyfiyyətli qayğı göstərmək və resurslarımızdan ən yaxşı istifadəni təmin etmək üçün aşağıdakı ləğvetmə siyasətinə əməl etmək şərtdir. Zəhmət olmasa, diqqətlə oxuyun.
Seans Ləğvi və Vaxt Dəyişimi
- Ləvğ Etmə:: Fərd görüşü ləğv etmək üçün ən azı 48 saat əvvəl bildiriş verməlidir.
- Vaxt dəyişmə: Fərd görüşün vaxtını dəyişdirmək üçün ən azı 24 saat əvvəl bildiriş verməlidir. Planlaşdırılmış görüş vaxtından 24 saatdan az əvvəl edilən yenidən planlaşdırma sorğuları sessiya haqqının yarısına bərabər olan yenidən planlaşdırma rüsumunu ödəyəcək.
- No-show və ya son anda ləğv etmə/dəyişmə: Əvvəlcədən heç bir bildiriş təqdim etmədən planlaşdırılan görüşə gəlməyən və ya bunu yalnız 3 saata qədər öncə yerinə yetirən fərdin seansı baş tutmuş sayılacaq.
Gecikmə
Fərdin planlaşdırılan görüşə vaxtında gəlməsi gözlənilir. Terapevt hər bir fərdə qarşı ədalətli olmaq və terapevtin vaxtına hörmət etmək üçün bir neçə dəqiqə ərzində gec gələnləri qəbul etmək üçün səy göstərə bilər, lakin çox vaxt seans planlaşdırılan vaxtda bitəcək. Buna görə də, seansdan maksimum yararlanmaq üçün vaxtında iştirak etdiyinizə əmin olun.
Terapiyanın Psixoloq Tərəfindən Dayandırılması
Fərd iki həftədən çox davamiyyət və ya ünsiyyət də daxil olmaqla terapiya müqaviləsinə ardıcıl olaraq əməl etmirsə və ya terapiyadan fayda görmürsə, terapevt fərdi alternativ resurslara yönləndirə və ya müalicədən imtina edə bilər. Bu qərar narahatlıqları müzakirə etdikdən və alternativləri araşdırdıqdan sonra fərdin maraqlarına uyğun olaraq qəbul edilir.
Terapevtinizdən Sizə Şəxsi Not
Sizin terapevtiniz kimi tez-tez həftə sonlarımı seanslara həsr edirəm və ehtiyaclarınızı ödəmək üçün regular iş saatlarından kənarda işləyirəm. Vaxtıma hörmət etmək və bütün fərdlərə qarşı ədalətli olmaq üçün ləğvetmə siyasətimizə riayət etmək çox vacibdir. Anlayışınıza və əməkdaşlığınıza görə təşəkkür edirik.
Sabina Nazarova